Dünyanın ən böyük pivə istehsalçılarından biri olan "Heineken" Çindəki aktivlərinin dəyərinin azalması səbəbindən bu ilin birinci yarısında xalis zərərlə üzləşib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Məlumata görə, bu ilin yanvar-iyun aylarında xalis zərər 95 milyon avro təşkil edib. Halbuki ötən ilin eyni dövrünü şirkət 1,16 milyard avro xalis mənfəətlə başa vurub.

Eyni zamanda, bu dövrdə şirkətin gəliri 2,2% artaraq 17,81 milyard avroya çatıb.

 

Gözəl Həşimova