Geyim sənayesinin bir hissəsi olan ayaqqabı bazarı çox milyard dollarlıq sənayedir. Ayaqqabı məhsulları adətən dəri, tekstil və bir sıra sintetik materiallardan hazırlanır. Xüsusilə, dəri bütün dünyada ayaqqabı istehsalında geniş istifadə olunur. Bu gün əhali arasında rahat ayaqqabılara böyük ehtiyac var. Gənclər arasında moda meyllərinin artması isə son illərdə ayaqqabı biznesinin böyüməsinə böyük töhfə verib.

Bəs ayaqqabı sənayesinin gəliri nə qədərdir?

İqtisadiyyat.az bununla bağlı araşdırmalar aparıb.

Məhsul çeşidinin çoxalması, əhalinin sayının artması və birdəfəlik gəlirin yüksəlməsi ayaqqabı bazarının böyüməsinə töhfə verən digər amillərdəndir.

Araşdırmalara görə, 2023-cü ildə qlobal ayaqqabı bazarının gəliri 398,42 milyard dollar olub.

Bundan əlavə, ayaqqabı bazarının gəlirinin 2024-2028-ci illər arasında davamlı olaraq artacağı gözlənilir. Belə ki, bu sənayenin gəlirinin 59,7 milyard dollar və ya 14,46% artacağı proqnoz edilir. Beləliklə, 2028-ci ildə ayaqqabı sənayesinin gəlirinin rekord səviyyəyə çatacağı proqnozlaşdırılır:

İllər

Ayaqqabı sənayesinin gəliri

2018

396,9 milyard dollar

2019

397,6 milyard dollar

2020

342,9 milyard dollar

2021

346,4 milyard dollar

2022

381,8 milyard dollar

2023

398,4 milyard dollar

2024

412,8 milyard dollar

2025

426,9 milyard dollar

2026

440,9 milyard dollar

2027

454,9 milyard dollar

2028

472,5 milyard dollar

 

Qeyd edək ki, ayaqqabı bazarındakı gəlirə görə lider ölkə ABŞ-dır. Belə ki, ölkə ayaqqabı sənayesindən 88,47 milyard dollar gəlir əldə edib. Siyahıda ikinci yerdə isə 82,82 milyard dollar ilə Çin qərarlaşıb.

Xatırladaq ki, ötən il Azərbaycanın ayaqqabı idxalına çəkdiyi xərc 135,9 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova