Türkiyədə mebel fabrikində güclü yanğın baş verib.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, Mersin şəhərində baş verən yanğına müdaxilə zamanı tavan çöküb.

Hadisə nəticəsində 1 yanğınsöndürənin həyatını itirdiyi, dağıntılar altında 4 nəfərin qaldığı bildirilir.