Ləğv prosesində olan “Standard Insurance”  Sığorta Şirkətinin Ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil satışa çıxarılacaqdır. Hərrac “Xəzəryanı ixtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən 19 may 2021-ci il tarixdə saat  11:00-da Bakı şəhəri, Səbail rayonu Ə.Cavid küc.,ev 15 mən 1 ünvanda keçiriləcəkdir. Hərraca çıxarılan predmetin satış qiyməti: 1 900 000 (bir milyon doqquz yüz min)  manat, iştirak haqqının məbləği: 500 (beş yüz) manat, Behin məbləği: 19 000 (on doqquz min) manatdır.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:

Daşınmaz əmlakın təsviri

Ünvanı

Ümumi sahəsi

 Satış qiyməti

AZN

İştirak haqqı

AZN

Beh

AZN

Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil.

Ofis kimi istifadə olunmuşdur

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20

359 m²

1 900 000

500

19 000

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50

Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65

 ASC “Standard Insurance”  Sığorta Şirkətinin Ləgvetmə komissiyası bildirilir ki, 19 may 2021-ci il tarixində keçirilməsi nəzərdə tutulan hərrac satışı sayca ikincidir.  Birinci hərrac satışı 23 aprel 2021-ci il tarixində keçirilmiş, müvafiq sayda iştirakçı olmadığı üçün baş tutmamış hesab olmuşdur.  Bu səbəbdən  hərrac qaydalarına uyğun olaraq  satışa çıxarılan əmlakın qiymətində (2 000 000 –iki milyon manat ) 5% endirim  edilmiş qiymət  1 900 000 (bir milyon doqquz yüz min)  manat olmuşdur.

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən  əldə etmək münkündür:

//tap.az/elanlar/dasinmaz-emlak/obyektler-ve-ofisler/25336904

Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə  satışının təşkili davam edəcəkdir  və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.