Ötən ay Rusiyanın xarici ticarət profisiti 1,6 milyard dollar artaraq 10,6 milyard dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Bankının ilkin hesablamalarında deyilir.

Məlumata görə, ötən ilin eyni ayında bu göstərici 9 milyard dollar olub.

Bu ilin yanvar-iyun aylarında Rusiya Federasiyasının xarici ticarət profisiti 11 milyard dollar artaraq 67,8 milyard dollar təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi 1,7 milyard dollar təşkil edib.

 

Gözəl Həşimova