2024-cü ilin 7 ayı üzrə operativ məlumatlara əsasən yanvar-iyul aylarında ölkədə elektrik enerjisinin istehsalı 16 269 mln. kVt-saat olub, bu da illik müqayisədə 0,33% azdır.

Energetika Nazirliyindən İqtisadiyyat.az-a verilən məlumata görə, 7 ay ərzində elektrik enerjisi istehsalı İstilik Elektrik Stansiyalarda 13 863,7 mln. kVt-saat, Su Elektrik Stansiyalarda isə -lərdə 1 867,3 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Məlumata görə, digər mənbələr üzrə elektrik enerjisi istehsalı 538 mln. kVt-saat təşkil edib.