“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 avqust 2024-cü il tarixinədək 641,4 milyon ton neft (kondensatla birlikdə), 449,5 milyard kubmetr qaz hasil edilib.

Energetika Nazirliiyindən İqtisadiyyat.az-a verilən məlumata görə, AÇG-dən 594,4 milyon ton neft, 224 milyard kubmetr qaz hasil olunub.

“Şahdəniz”dən isə 225,5 milyard kubmetr qaz, 47 milyon tona yaxın kondensat hasil edilib”, - məlumatda qeyd olunur.

Məlumata görə, qeyd olunan yataqlardan indiyə kimi təqribən 639,5 milyon ton neft (kondensatla birlikdə), təxminən 160,7 milyard kubmetrə yaxın qaz ixraca nəql edilib.