Rusiya xarici ticarətdə kriptovalyutalardan istifadə edəcək.

İqtisadiyyat.az rus mediasına istinadən xəbər verir ki, bunu Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina deyib. O bildirib ki, əvvəlcə proses sınaq mərhələsindən keçiriləcək, daha sonra rəqəmsal rubl mövcud olacaq.

E.Nabiullina kriptovalyutaların ticarətdə istifadəsi üçün qanun layihəsinin artıq hazırlandığını da açıqlayıb.