Rusiya Silahlı Qüvvələrinin Hava-Desant Qoşunları Ukraynanın Baxmut şəhərini mühasirəyə alıb.

İqtisadiyyat.az xəbər verir ki, mühasirə aprelin 19-da şimal və cənub istiqamətindən həyata keçirilib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum cəhdlərinin qarşısı alınıb.

Həmçinin, vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri Donetsk istiqamətində 380 hərbçisini itirib.