Avqust ayının sonundan etibarən fermerlər taxıl və kartof əkinlərini dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə sığortalaya bilərlər.

Aqrar Sığorta Fondundan verilən məlumatda, təqribən 11 000 manatlıq kartof məhsulu yığılan sahə üçün fermerin ödəyəcəyi sığorta məbləği açıqlanıb.

Bir hektar üçün nəzərdə tutulan sığorta haqları aşağıdakı kimidir:

Qarabağ regionu - 73 manat

Şərqi Zəngəzur regionu - 73 manat

Şəki-Zaqatalada - 120 manat

Lənkəran-Astara region - 49 manat

Qazax-Tovuz ərazisi - 180 manat

Mərkəzi Aran rayonları - 59 manat

Quba-Xaçmaz bölgəsi - 49 manat

Mil-Muğan regionunda - 59 manat

Abşeron-Xızı bölgəsində - 49 manat.

Gəncə-Daşkəsən regionunda - 180 manat

Şirvan-Salyan zonasında - 59 manat

Dağlıq Şirvan bölgəsində - 46 manat

Bakıda - 49 manat.

Bütün hallarda fermer sığorta haqqının yalnız 50 faizini ödəyəcək, məbləğin qalan 50 faizi fermerlərə dəstək üçün dövlət ödəyəcək.