“Növbəti ildə “Petkim” STAR Neft Emalı Zavodunun 18 faiz səhm payına sahib olacaq”.

Bunu “SOCAR Türkiyə” Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov Türkiyənin İzmir şəhərində baş tutan mətbuat konfransında deyib.

O bildirib ki, bu da şirkətin inteqrasiyası prosesində əhəmiyyətli rol oynayacaq:

“Biz bununla bağlı müqaviləni artıq imzalamışıq və 2021-ci ilin ilk yarısında səhmlərin alışını həyata keçirməyi planlaşdırırıq”.

Qeyd edək ki, STAR Neft Emalı Zavodunun istehsal etdiyi illik təxminən 1,6 milyon ton nafta ilə Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya istehsalçısı “Petkim”in xammal ehtiyacının demək olar ki, hamısı qarşılanır.