“LEDLINE” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Bu barədə İqtisadiyyat.az-a İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) məlumat verilib.

Bildirilib ki, şirkət tərəfindən Sənaye Parkının 1 hektar ərazisində  led işıqların istehsalı müəssisəsi inşa ediləcək. Müəssisədə Çin və Türkiyə texnologiyası əsasında 3 növdə led işıqlar istehsal olunacaq.

İnvestisiya həcmi 4,5 milyon manat olan layihə çərçivəsində 44 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

Müəssisədə istehsal ediləcək məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.