Cari ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında (NMR) sığorta növləri üzrə daxilolmalar 4 milyon 578 min 100 manat təşkil edib.

Bu ötən ilin eyni dövrünə nisbətən 21,3% azdır. Belə ki, 2021-ci ilin doqquz ayında muxtar respublikada sığorta yığımları 5 milyon 820 min 200 manat olmuşdu.

Bu dövrdə könüllü sığorta növləri üzrə yığımlar 7,4% azalaraq 1 milyon 14 min 100 manata, icbari sığorta növləri üzrə yığımlar isə 24,6% azalaraq 3 milyon 564 min manata enib.

Ötən ilin doqquz ayında bu rəqəm müvafiq olaraq 1 milyon 95 min manat və 4 milyon 725 min 200 manat olub.

Qeyd edək ki, muxtar respublika Dövlət Statistika Komitəsi sığorta haqqları ilə bağlı göstəriciləri açıqlasa da, sığorta ödənişləri ilə bağlı hər hansı bir məlumat verməyib.