Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin əməkdaşının ölkədən çıxarıldığını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə açıqlama Moldova Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Rusiya səfirliyinin əməkdaşı Tatarıstan rəhbəri Rüstəm Minnixanovun olduğu təyyarənin eniş etdiyi Kişinyov hava limanında baş verən insidentdən sonra ölkədən çıxarılır.

Qeyd edək ki, Minnixanovun Moldovaya girişinə qadağa qoyulub və Moldova hakimiyyəti onu "arzuolunmaz şəxs" elan edib.

Moldovanın Baş naziri Dorin Reçan hökumətin iclasında Minnixanovun gəlişi zamanı hava limanında Rusiya səfirliyinin iki nümayəndəsinin olduğunu xatırladıb və bu iki nəfərdən birinin deportasiya edilməyə nə dərəcədə uyğun olub-olmamasının qiymətləndirilməsi tələbini irəli sürüb.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi baş verən hadisələrə münasibət bildirərək, Minnixanovun Moldovada “arzuolunmaz şəxs” elan edilməsini rəsmi Kişinyovun Moskvaya qarşı növbəti qeyri-dost addımı kimi qiymətləndirib.