Şimali Karolina meşələrində ABŞ klassik avtomobillərinin bütöv bir qəbiristanlığı aşkar edilib. Onlarla nəqliyyat vasitəsi sözün əsl mənasında təbiətlə birləşib. Ağac və kollar avtomobilləri öz ağuşuna alıb.

Mütəxəssislərin fikrincə, bu avtomobillər 35 il əvvəl fəaliyyətini dayandıran “American Motors” konserninin məhsullarıdır.

Maşınların hazırkı vəziyyətini nəzərə alsaq, onların bərpa işləri üçün külli miqdarda vəsait tələb olunacaq.