2021-сi ilin mart ayında sosial sığortaya cəlb olunanların sayı 14,8 min nəfər və ya 0,37 faiz artıb. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Qeyd edilib ki, aprel 1-i tarixinə sığortaolunanların sayı 4,43 milyon nəfərə çatıb.