"Bir çoxları Ermənistanın hərbi cinayətlərinə susduğu bir zamanda, Azərbaycan işğaldan azad olunmuş əraziləri bərpa etməkdə və regiona həyat gətirir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransaya yeni təyin olunmuş səfiri Leyla Abdullayeva tviterdə yazıb.

"Bir çoxları 30 illik hərbi işğal zamanı Ermənistanın törətdiyi hərbi cinayətlərə (o cümlədən minaların basdırılmasına) susduğu bir zamanda, Azərbaycan işğaldan azad edilmiş əraziləri bərpa etməkdə və regiona həyat gətirməkdə davam edir. Çünki biz torpaqlarımızın və gələcək sülhün qeydinə qalırıq", - paylaşımda deyilir.