"İsrailin Qəzza zolağında 10 ay davam edən hərbi əməliyyatı zamanı 40 minə yaxın fələstinli mülki şəxs həlak olub, 90 min nəfər isə yaralanıb".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi ilə bağlı iclasda çıxışı zamanı deyib.

"İsrailin amerikalı müttəfiqləri ilə birlikdə apardığı genişmiqyaslı hərbi əməliyyatlar 10 aydan çoxdur davam edir. Bu müddət ərzində təxminən 40 min ölü, 90 min yaralı  və saysız-hesabsız dağıntı statistikası ilə üz-üzə qalmışıq. Əksəriyyəti uşaq və qadın olan fələstinli mülki vətəndaşlar yaralanıb, bu, Ukraynanın cənub-şərqində on il davam edən münaqişə zamanı hər iki tərəfdən qeydə alınmış mülki itkilərin sayından iki dəfə çoxdur", - deyə nazir qeyd edib.