Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bu barədə İqtisadiyyat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri çərçivəsində fikir mübadiləsi aparılıb.