"Avropa ölkələri əvvəlki kimi ABŞ-yə güvənmədən öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımalıdır".

İqtisadiyyat.az xəbər verir ki, bu fikirləri Britaniyanın "The Guardian" qəzetinə müsahibəsində Çexiya hökumətinin başçısı Petr Fiala deyib.

"Bir politoloq və siyasətçi kimi əminəm ki, Avropa öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır", - o, Respublikaçı Donald Trampın ABŞ prezident seçkilərində qələbəsinin Avropa qitəsinə necə təsir göstərə biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

Fiala qeyd edib ki, bu məsələdə gələcək prezidentin Co Bayden və ya Donald Tramp olmasının fərqi yoxdur, çünki ABŞ-nin dünyada başqa maraqları var və Avropanın ABŞ-nin təhlükəsizliyimizə zəmanət verəcəyinə ümid etməsi qeyri-mümkün və yanlışdır: "Transatlantik əməkdaşlıq bütün Qərb dünyası, Qərb demokratiyaları üçün vacibdir və buna baxmayaraq, biz müdafiə imkanlarımıza daha çox diqqət yetirməklə məsuliyyətli olmalıyıq və müdafiə xərclərimizi artırmalıyıq".