"Rusiya bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında dialoq aparmağa hazır olan istənilən seçilmiş Amerika lideri ilə işləməyə hazırdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Təhlükəsizlik Şurasının iclaslarında sədr kimi iştirakından sonra BMT-də keçirdiyi mətbuat konfransında deyib.

"Rusiya Prezidenti Vladimir Putin bu barədə bir neçə dəfə danışıb: biz istənilən Amerika lideri ilə işləyəcəyik, Amerika xalqı tərəfindən seçiləcək və bərabərhüquqluluğa hazır olan istənilən Amerika lideri ilə işləməyə hazır olacağıq", - Rusiya XİN rəhbəri qeyd edib.

Eyni zamanda, Lavrov xatırladıb ki, ABŞ-nin keçmiş Prezidenti Donald Trampın dövründə çox ciddi sanksiyalara baxmayaraq, dialoq qurmaq mümkün olub: "Və bu, istənilən halda faydalıdır".