Bu ilin yanvar-may aylarında Türkiyənin Konya şəhərindən Azərbaycana 20 milyon 818 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 34,6 % çoxdur.

Təkcə mayda isə Konyadan ölkəmizə 3 milyon 628 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da illik müqayisədə 23,7 % çoxdur.