Dünyanın ən böyük "fast-food" restoranlar şəbəkəsi olan Amerikanın "McDonald's" şirkətinin ikinci rübdə xalis mənfəəti 12% azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Bu ilin aprel-iyun aylarında şirkətin xalis mənfəəti 2,31 milyard dollardan 2,02 milyard dollara enib. Səhm üzrə mənfəət 3,15 dollardan 2,8 dollara düşüb.

Eyni zamanda, "McDonald's"ın rüblük gəliri 6,49 milyard dollar təşkil edib.

 

Gözəl Həşimova