Azərbaycanda eyni adama məxsus şirkətlər ləğv olunub.

İqtisadiyyat.az xəbər verir ki, bunlar "Rİ Engineering", "R Standart", "R Machinery", "R Logistic" və "R Service" şirkətləridir.

2017-ci ilin iyun ayında dövlət qeydiyyatına alınan şirkətlərin hər birinin qanuni təmsilçisi İbrahimov Rəşad Hüseyn oğludur.

Bundan əlavə, 2017-ci ilin aprelində Həsənova Leyla Şahin qızının qanuni təmsilçiliyi ilə dövlət qeydiyyatına alınan "LK Engineering", "LK Service" və "LK Logistic" şirkətləri də ləğv olunub.

Həmçinin, 2016-cı ilin iyununda Məmmədov Vasif İbrahim oğlunun qanuni təmsilçiliyi ilə dövlət qeydiyyatına alınmış  "L Machinery" və "LStandart" şirkətləri də ləğv olunduğunu elan edib.