Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom (AzInTelekom)” MMC yeni İT malları alır.

İqtisadiyyat.az xəbər verir ki, sifariş edilən məhsullar noutbuk, printer, monitor və digər avadanlıqlardan ibarətdir.

Sifarişləri "AzInTelekom"a "Stell Technology" şirkəti çatdıracaq.

Buna görə şirkətlə dövlət qurumu arasında müqavilə bağlanıb.

Müqavilənin dəyəri 230 min manatdır.