Cənubi Koreyanın “Samsung Electronics” korporasiyasının bu ilin ikinci rübündə əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 15 dəfə artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə korporasiyanın saytında dərc olunan məlumatda deyilir.

Aprel-iyun ayları ərzində şirkətin əməliyyat mənfəəti 10,4 trilyon von (təxminən 7,5 milyard dollar) təşkil edib. 2023-cü ilin ikinci rübündə bu rəqəm 668 milyard von (487 milyon dollar) olub. Beləliklə, cari əməliyyat mənfəəti 2022-ci ilin üçüncü rübündən bəri ən yüksək səviyyəyə çatıb.

Bu ilin ikinci rübündə şirkətin ümumi gəliri illik müqayisədə 23,4% artaraq 74 trilyon von olub.

 

Gözəl Həşimova