Azərbaycanla Xorvatiya arasında bu ilin birinci yarısında ticarət dövriyyəsinin həcmi 379,8 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Xorvatiyadan 3,8 milyon dollar dəyərində mal idxal edib. Azərbaycanın bu ölkəyə ixracı isə 376 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova