İstehlak malları və tibbi avadanlıqlar istehsal edən Niderlandın "Royal Philips" şirkəti bu ilin ikinci rübündə xalis mənfəətini 6 dəfə artırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Məlumata görə, bu ilin aprel-iyun aylarında xalis mənfəət 74 milyon avrodan 452 milyon avroya yüksəlib.

"Philips"in rüblük gəliri isə 0,2% azalaraq 4,47 milyard avrodan 4,46 milyard avroya enib.

 

Gözəl Həşimova