ABŞ-nin e-ticarət nəhəngi “Amazon” ikinci rüb üçün hesabatını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, “Amazon”un gəliri bu ilin ikinci rübündə 10 faiz artaraq 147,9 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin gəliri 134,4 milyard dollar olub.

Şirkətin bu dövrdə xalis mənfəəti 13,5 milyard dollar olaraq hesablanıb. Ötən ilin eyni dövründə "Amazon"un xalis mənfəəti 6,8 milyard dollar olub.

E-ticarət nəhənginin keçən ilin ikinci rübündə 65 sent olan səhm başına qazancı bu ilin ikinci rübündə 1,26 dollara yüksəlib.

 

Gözəl Həşimova