Dünyanın ən böyük çip istehsalçılarından olan "Intel"in gəlirləri ikinci rübdə azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Məlumata görə, bu ilin ikinci rübündə "Intel"in gəliri təxminən 1% azalaraq 12,8 milyard dollara enib. Şirkət ötən ilin eyni dövründə 12,9 milyard dollar gəlir əldə edib.

Keçən ilin ikinci rübündə 1,5 milyard dollar xalis mənfəət əldə edən "Intel", bu ilin eyni dövründə 1,6 milyard dollar zərərlə üzləşib.

Çip istehsalçısının səhm başına itkisi eyni dövrdə 38 sent olub. "Intel" ötən ilin ikinci rübündə səhm başına 35 sent mənfəət əldə edib.

 

Gözəl Həşimova