Rusiyanın ən zəngin iş adamlarının sərvəti bu ilin əvvəlindən bəri 24,29 milyard dollar artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg Milyarderlər İndeksi" məlumat yayıb.

Məlumata görə, bu dövrdə “Lukoyl”un təsisçisi olan Azərbaycanlı milyader Vahid Ələkbərovun sərvəti 3,24 milyard dollar artaraq 27,9 milyard dollara yüksəlib. Beləliklə, Vahid Ələkbərov Rusiyada ən çox sərvətə sahib milyader olub.

İlin əvvəlindən bəri "Eurochem" və "SUEK"in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti 6,37 milyard dollar artaraq 25,2 milyard dollara, "Severstal"ın yaradıcısı Aleksey Mordaşovun sərvəti isə 5,89 milyard dollar artaraq 26,8 milyard dollara çatıb.

 

Gözəl Həşimova