Məşhur onlayn vizual ictimai nişanlama (əlfəcinləmə) xidmətinin sahibi olan “American Pinterest” ikinci rübü xalis mənfəətlə başa vurub və abunəçilərinin sayı rekord vurub.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, “Pinterest” bu ilin aprel-iyun aylarında 8,9 milyon dollar və ya hər səhmə görə 1 sent xalis gəlir əldə edib.

Məlumata görə, bir il əvvəl isə şirkət 34,9 milyon dollar və ya hər bir səhm üçün 5 sent zərər edib. “Pinterest”in rüblük gəliri 21% artaraq 853,7 milyon dollar olub.

İkinci rübdə xidmət abunəçilərinin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12% artaraq rekord həddə - 522 milyona çatıb.

Şirkətin proqnozuna görə, üçüncü rübdə onun gəliri 885-900 milyon dollar olacaq.

“Pinterest” səhmləri mənfəətin açıqlanmasından sonra çərşənbə axşamı ticarətdə 10,8% ucuzlaşıb.

 

Sadiq Cavadov