Kanada hakimiyyəti Ukraynaya 500 milyon Kanada dolları (367 milyon dollar) məbləğində hərbi yardım paketi ayıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo qeyd edib.

Məlumata görə, Kanada "F-16" qırıcılarını idarə etmək üçün daha çox ukraynalı pilota təlim keçəcək.

Trüdo həmçinin qeyd edib ki, NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində o, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

 

Gözəl Həşimova