Qərb lizinq təşkilatları Rusiya aviaşirkətlərindən 500-dən çox təyyarənin geri qaytarılmasını tələb ediblər.

Bu barədə Rusiyanın nəqliyyat naziri Vitali Savelyev Federasiya Şurasının iclasında bildirib.

O, qeyd edib ki, təyyarələrin birdəfəlik alışı üçün 20 milyard dollar lazımdır.

“Bu, çox böyük məbləğdir”, -deyə Savelyev vurğulayıb.