İsveç moda şəbəkəsi “H&M” (Hennes & Mauritz) “Metaverse”də ilk mağazasını açıb. Bu virtual mağazada alıcılar müxtəlif rəqəmsal məhsullar ala biləcəklər.

“H&M”in yeni 3D mağazası VR və AR tətbiqləri üzrə ixtisaslaşmış “Ceek” şirkəti tərəfindən hazırlanıb. “H&M” mağazası şirkətin layihə saytında – “Ceek City”də yerləşəcək, ziyarətçilər həmçinin digər mağazalara, konsertlərə və idman tədbirlərinə baş çəkə biləcəklər.

“H&M” virtual mağazasında malların rəqəmsal kolleksiyası həm alıcılara gələcək satınalmalara daha yaxından nəzər salmaq imkanı verəcək, həm də alış üçün əlçatan olacaq. Ödəniş saytın unikal valyutası – “Ceek-coins” vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, bu yaxınlarda “Zara” və “Nike” da daxil olmaqla bir neçə böyük moda markası da “Metaverse”də mağazalar açıb.