Amerikanın avtomobil istehsalçısı “General Motors” Rusiyaya avtomobil ixracını dayandırır.

Bu barədə şirkətin bəyanatına istinadən “Fox Business” telekanalı xəbər yayıb.

Məlumata əsasən, avtomobillərin tədarükü qeyri-müəyyən vaxta qədər dayandırılır. Şirkətdən bildirilib ki, Ukrayna ətrafındakı vəziyyətin inkişafının izlənməsi davam etdirilir və sanksiyaların “mənfi təsirini azaltmaq” üçün tədbirlər görülür.