Ermənistanda yüzlərlə məktəb türk və Azərbaycan dillərində dərs keçməkdə maraqlıdır.

İqtisadiyyat.az Ermənistan mediasına istinadən xəbər verir ki, 400-ə yaxın erməni məktəbi qonşu ölkələrin dillərinin tədrisində maraqlı olduğunu bildirib. Bu barədə respublikanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan Ermənistan Milli Assambleyasının növbədənkənar iclasında “Ermənistan hökumətinin 2022-ci ildə il üzrə proqramının icrasının gedişi və nəticələri haqqında” hesabatın müzakirəsi zamanı bildirib.

Eyni zamanda o, məktəblərin qonşu ölkələrin dillərinin öyrənilməsini öz proqramlarına könüllülük əsasında daxil edə biləcəyini xatırladıb. Lakin bu məsələdə əsas problem bu dillərin tədrisi üçün tələb olunan kadrların azlığı ilə bağlıdır. Mütəxəssislərin sözlərinə görə, hələlik həm türkcə, həm də azərbaycanca, həm də farsca və gürcücə tələbata uyğun sayda müəllim tapmaq çətindir.