“Putinlə Ukrayna taxılının ehtiyacı olan ölkələrə pulsuz göndərilməsi ilə bağlı razılaşdıq.”

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 “Putinlə həmfikirik, taxıldan ilk növbədə Afrika ölkələri istifadə etməlidir”, - deyə o qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə və Rusiya liderlərinin telefon danışığı olub. Tərəflər taxıl dəhlizini müzakirə ediblər.