2021-ci ildə dünyada yarımkeçirici (çip) satışından 555,9 milyard ABŞ dolları gəlir əldə olunub ki, bu da 2020-ci illə müqayisədə 26,2 % çoxdur.

Bu barədə Yarımkeçiricilər Sənayesi Assosiasiyası (SIA) məlumat yayıb.

Məlumatda deyilir ki, ötən il qlobal çip satışının həcmi 2018-ci ildən bəri ilk dəfə 1 trilyon ədədi keçib və 1,15 trilyon ədəd təşkil edib.

Hesabat dövründə Çin yenə də yarımkeçiricilər üçün ən böyük bazar olub. Bu ölkədə çip satışından gəlir illik müqayisədə 27,1 % artaraq 192,5 milyard dollara çatıb.

Bu il SİA çip satışının ötən ilə nisbətən 9 % artacağını gözləyir.