AXCP fəalı Ramid Nağıyevin 24 oktyabrda aksiyada iştirak etdiyinə görə həbs edilməsinə görə iddialar əsassızdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib.

O qeyd edib ki, Ramid Nağıyev aksiyada iştirakına görə yox, probasiya xidmətinin təqdimatı əsasında üzərində olan aliment öhdəliyindən yayındığı üçün məhkəmə qərarı ilə 7 gün müddətinə barəsində inzibati həbs tətbiq edilib: "Onun saxlanılmasında siyasi motiv yoxdur".