Çexiyada "TikTok"a qadağa qoyulub.

İqtisadiyyat.az xəbər verir ki, qadağa Milli Kiber və İnformasiya Təhlükəsizliyi Direktorluğunun tövsiyəsi əsasında parlament rəhbərliyi tərəfindən həyata keçirilib. Məlum tətbiq deputatlara, onların köməkçilərinə və ali qanunverici orqanın əməkdaşlarına şamil edilir. 

Qeyd edək ki, əvəllər Praqa meriyası işçilərinə Pekində yerləşən ByteDance şirkətinə məxsus TikTok-dan istifadəni dayandırmağı tövsiyə etmişdi. NUKIB tətbiqi əhəmiyyətli təhlükəsizlik riski hesab edir.