Avropanın “Coca-Cola Hellenic Bottling Company” şirkəti Mərkəzi və Şərqi Avropanın aparıcı spirtli içki brendi “Finlandiya”nı 220 milyon dollara alacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində qeyd olunub.

Tənzimləyicilər təsdiqlədiyi halda, müqavilə bu ilin ikinci yarısında bağlanacaq.

Əlavə edək ki, “Finlandiya” spirtli içkisi 1970-ci ildən bəri istehsal olunur və Amerika bazarına çıxarılan ilk Skandinaviya içkisidir.