Cənubi Koreya Rumıniya ilə təxminən 1,3 trilyon von (939 milyon dollar) dəyərində böyük silah partiyası satmaq üçün müqavilə bağlayıb.

İqtisadiyyat.az bu barədə "Yonhap"a istinadən xəbər verir.

Məlumata görə, bu, Rumıniyanın son 7 ildə ən böyük silah alqı-satqısı müqaviləsidir.

İmzalanan sənədə əsasən, Cənubi Koreyanın müdafiə nəhəngi "Hanwha Aerospace" Rumıniyaya silah və sursat ixrac edəcək. O cümlədən, Rumıniya tərəfi döyüş sursatı daşımaq üçün 54 K-9 özüyeriyən haubitsa və 36 zirehli maşın alacaq.

Cənubi Koreya artıq bir neçə ölkəyə, o cümlədən Avstraliya, Misir, Hindistan, Norveç, Polşa, Türkiyə, Finlandiya və Estoniyaya özüyeriyən haubitsalar tədarük edib.

 

Gözəl Həşimova