Türkiyənin Çanaqqala boğazından gəmilərin keçidi müvəqqəti dayandırılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qərara səbəb qatı dumanın müşahidə olunmasıdır.

“Boğaza şimal və cənub tərəfdən yaxınlaşan gəmilərin kapitanlarına duman səbəbindən yerli vaxtla saat 7.20-dən keçidin bağlandığı barədə xəbərdarlıq edilib. Duman çəkiləndən sonra hərəkətin bərpa olunacağı deyilib”, - məlumatda bildirilib.