Böyük Britaniyada İstehlak Qiymətləri İndeksi (CPI) oktyabrın nəticələrinə görə illik ifadədə 4,2 % artıb.

Bu, 2011-ci ilin noyabr ayından bu yana ən yüksək göstəricidir.

Qeyd edilir ki, “Bloomberg” agentliyinə müsahibə verən 35 analitikin heç biri inflyasiyanın belə kəskin artımını gözləmirdi. Britaniyada inflyasiya koronavirus məhdudiyyətlərinin bir hissəsinin aradan qaldırılması, istehlak tələbinin bərpası və bir sıra əmtəə mövqelərinin defisitinə səbəb olan tədarüklə bağlı problemlər fonunda martda kəskin artmağa başlayıb. Payızda bunlara enerji resurslarının çatışmazlığı və qiymətlərinin kəskin artması əlavə olunub. Nəticədə CPI-nin səviyyəsinin artmasına ən böyük töhfəni kommunal xidmət və nəqliyyat xərcləri verib.

2021-ci ilin nəticələrinə görə İngiltərə Bankı inflyasiya göstəricisini 2 % həddində proqnozlaşdırıb. Daha əvvəl tənzimləyici inflyasiyanın hədəflənən səviyyədə saxlamaq üçün uçot dərəcəsini artıra biləcəyini deyib.