Bu ilin birinci rübündə Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 164,7 milyon dollar təşkil edib.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,6% çoxdur.
Hesabat dövründə Azərbaycandan ABŞ-yə ixrac 12,3 milyon dollar təşkil edib. Azərbaycanın ABŞ-dən idxalının dəyəri isə 152,3 milyon dollar olub.
Gözəl Həşimova