2021-ci ilin yanvar-oktyabr aylarında Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 65 867 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 77,1 faiz azdır.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

Bu göstərici ilə Azərbaycan Gürcüstana səfər edən vətəndaşların sayına görə yeddinci yerdə qərarlaşıb.

Ümumilikdə, hesabat dövründə Gürcüstana 1,5 milyon turist səfər edib. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz azdır.