Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri, Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov və digər həmkarlarla birlikdə Azərbaycan-Rusiya sərhədində bir neçə gömrük-sərhəd buraxılış məntəqəsində olub, görüşlər keçirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də yazıb.

"Məntəqələrdə infrastrukturun modernləşdirilməsi, iki ölkə arasında #iqtisadi əlaqələr barədə müzakirələr apardıq", - deyə o, qeyd edib.