“Azərbaycan ilə İsveçrə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

Nazir bildirib ki, ikitərəfli əlaqələrimiz sadiq tərəfdaşlıq, qarşılıqlı anlaşma və dinamik inkişafla səciyyələnir:

“İqtisadiyyat, elm, təhsil, mədəniyyət və digər sahələrdə qurulan əməkdaşlıq hər iki dövlət və xalq qarşısında böyük imkanlar açır”.