"Azərbaycan Yazıçılar Birliyinin Qurultayı 3 il öncə olmalı idi, amma gecikdik. Gecikmənin səbəbi isə pandemiya olub".

İqtisadiyyat.az xəbər verir ki, bunu Xalq yazıçısı Anar Rzayev AYB-nin XIII Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, bu müddət ərzində yazıçılar birliyində Qurultay səviyyəsində məruzələr dinlənilib və kitab kimi nəşr olunub.